İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Məhəmməd Moxber ABŞ-ın bölgəyə təyyarədaşıyan gəmilər göndərməsinə sərt münasibət bildirib. Rəsmi nümayəndə Amerika aviadaşıyıcılarının Tehranın yerli istehsalı olan raketlərinin hədəf mənzilində yerləşdiyini bəyan edib.
Postxronika.az xəbər verir ki, müşavir regiona əlavə hərbi qüvvələrin cəlb edilməsini olduqca təhlükəli addım kimi qiymətləndirib. M.Moxber vurğulayıb ki, hazırda Birləşmiş Ştatların donanması İran raketlərinin vurma radiusundadır və yaranan təhdidlərə cavab vermək üçün minlərlə kilometr uzaqdan atəş açmağa lüzum yoxdur.
Açıqlamada həmçinin diqqətə çatdırılıb ki, mövcud vəziyyət ölkənin Silahlı Qüvvələrinin istənilən ehtimal olunan təhlükələrə qarşı daha çevik və operativ reaksiya vermək imkanlarını genişləndirir.