Vaşinqton və Tehran arasında kəskinləşən münasibətlər Yaxın Şərq regionunda təhlükəsizliklə bağlı ciddi narahatlıqlara yol açıb.

Postxronika.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, Birləşmiş Ştatların bölgədə hərbi iştirakını genişləndirməsi bir sıra dövlətləri öz vətəndaşlarını İrandan və bəzi qonşu ölkələrdən çıxmağa çağırmağa vadar edib. Yaranmış yüksək risklər üzündən bir neçə aviaşirkət də bu istiqamətdə uçuşları qismən məhdudlaşdırıb və ya müvəqqəti dayandırıb.

Artıq Avstraliya hökuməti pisləşən vəziyyətlə əlaqədar olaraq İsrail və Livandakı diplomatlarının ailə üzvlərinə həmin əraziləri təcili tərk etməyi tapşırıb. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniyada fəaliyyət göstərən nümayəndəlik əməkdaşlarının yaxınlarına da könüllü şəkildə təhlükəsiz yerlərə dönmələri tövsiyə edilib.