Birləşmiş Ştatların Maliyyə Nazirliyi İsveçrəyə məxsus "MBaer Merchant Bank AG" qurumunun Amerikanın maliyyə sisteminə girişini əngəlləyəcək yeni qayda layihəsi irəli sürüb. Təsdiqlənəcəyi təqdirdə, sözügedən təşəbbüs yerli bankların bu müəssisə adından müxbir hesablar açmasını və ya idarə etməsini qəti şəkildə qadağan edəcək.

Postxronika.az xəbər verir ki, qərarın əsas səbəbi kimi bankın Rusiya və İranla, xüsusən də SEPAH-la əlaqəli qeyri-qanuni təşkilatlara 100 milyon dollardan çox vəsait köçürməsi göstərilir. Maliyyə naziri Skott Bessent qanunsuz tranzaksiyaların birbaşa ABŞ-ın iqtisadi şəbəkəsi üzərindən icra edildiyini diqqətə çatdırıb. Departamentdən isə "MBaer"in bu cür addımlarının Vaşinqtonun milli təhlükəsizliyinə ciddi təhdid yaratdığı və qlobal iqtisadi sistemin etibarlılığını sarsıtdığı vurğulanıb.