Rejissor Meqqi Gillenhalın yeni filmi ''The Bride!'' Londonun West End bölgəsində dünya premyerasını edib. ''Warner Bros.'' istehsalı olan ekran işi ilk nümayişdən sonra sosial mediada müsbət ilkin reaksiyalar toplayıb. Tamaşaçılar rejissorun cəsarətli yanaşmasını və aktrisa Cessi Bakli performansını xüsusilə yüksək qiymətləndiriblər. Filmdə baş rollardan birini canlandıran Krisçın Beyl də diqqət çəkən ifası ilə tərif olunub. Layihə rejissorun ''The Lost Daughter'' filmindən sonrakı növbəti işi hesab olunur.
Postxronika.az xəbər verir ki, film Meri Şellinin ''Frankenstein or The Modern Prometheus'' əsərinin yeni və müasir yozumudur, həmçinin ''Bride of Frankenstein'' klassikasından da ilhamlanıb. Süjet 1930-cu illərin Çikaqosunda tənha bir məxluqun özünə yoldaş yaratmaq cəhdindən bəhs edir və nəticədə dirildilən qadınla birlikdə baş verən hadisələr dramatik istiqamət alır. Film eyni zamanda Qillenhal ailəsinin iştirakı ilə çəkilib və aktyor heyətində rejissorun qardaşı Ceyk Qillenhal və həyat yoldaşı Peter Sarsgaard da yer alır. Layihədə həmçinin Annette Bening və Penelop Kruz kimi tanınmış ulduzlar çəkilib. Tənqidçilərin tam rəyləri martın 4-də açıqlanacaq. Film martın 6-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.