Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb.
Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.