İranda hərbi gərginliyin artması və partlayışların baş verməsi səbəbindən ölkənin bütün hava məkanı uçuşlar üçün tamamilə qapadılıb. 

Postxronika.az xəbər verir ki, ABŞ-nin Qətərdəki səfirliyi əməkdaşlarına dərhal təhlükəsiz zonalara sığınmaq barədə göstəriş verib. İsrail və ABŞ-nin İrana qarşı keçirdiyi birgə hərbi əməliyyat "Yehuda qalxanı" adlandırılıb. İranın İsfahan şəhərində yerləşən nüvə mərkəzlərindən birinin ərazisində partlayışlar qeydə alınıb. "Mossad" kəşfiyyat idarəsinin fars dilli rəsmi teleqram kanalı xalqa müraciət edərək, onları mövcud rejimə qarşı mübarizəyə və baş verənlərin görüntülərini paylaşmağa çağırıb.