Yeniyetmələr arasında Azərbaycan çempionatında qız boksçuların mübarizəsinə yekun vurulub. Boks Mərkəzində təşkil olunan yarışda 9 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Postxronika.az bu barədə Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir. 

Turnirin nəticələrinə görə, 44 kq çəki dərəcəsində Nigar Babazadə, 46 kq-da Aysel Fərəcova, 48 kq-da Aydan İsmayıllı və 50 kq-da Leyla Mahmudlu qızıl medallara sahib olaraq çempion adını qazanıblar.

Çempionatın digər çəki dərəcələrində də idmançılar yüksək əzm nümayiş etdiriblər. Belə ki, 52 kq çəkidə Alsu Cəfərova, 57 kq-da Cəmilə Muradlı, 63 kq-da Zöhrə İmanova, 66 kq-da Fidan Bakarova, 80 kq çəki dərəcəsində isə Xumar Cəfərli rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.