Montaj sahəsində ilin ən nüfuzlu mükafatlarından sayılan ''American Cinema Editors''un təqdim etdiyi ''ACE Eddie'' mükafatlarının builki qalibləri elan edilib. Gecədə “komediya” kateqoriyasında ''One Battle After Another'' filminin montajçısı Andy Jurgensen, “dram” kateqoriyasında isə ''Sinners'' üzərində işi ilə Maykl P. Shouver qalib olub. Hər iki film “Ən yaxşı montaj” üzrə “Oscar”ın əsas favoritləri sayılır. Eyni kateqoriyada namizəd göstərilən ''Sentimental Value'', ''Marty Supreme'' və ''F1'' də diqqət mərkəzindədir.
Postxronika.az xəbər verir ki, Bədii filmlər arasında ''Netflix'' digər kateqoriyalarda üstünlük əldə edib: animasiya üzrə ''KPop Demon Hunters'' filminə görə Netn Şauf , sənədli film nominasiyasında isə ''The Perfect Neighbor'' ilə Viridiana Lieberman mükafat qazanıb. Sənədli film sahəsində əsas rəqib hesab olunan ''Mr. Nobody Against Putin'' ACE siyahısına düşməyib, baxmayaraq ki, ''British Academy of Film and Television Arts'' mükafatını qazanmışdı. Televiziya kateqoriyalarında Mark Strand ''The Pitt'' serialı ilə qalib gələrək ''Andor''u geridə qoyub, komediya üzrə isə Eric Kissack The Studio serialının premyera epizodu ilə seçilib. Məhdud serial kateqoriyasında Adolescence namizəd olmasa da, ''The Penguin'' final epizoduna görə Henk van Eeghen mükafata layiq görülüb, halbuki əvvəlki səsvermədə ''Monsters: The Lyle and Erik Menendez Story'' üstünlük qazanmışdı.