ABŞ Prezidenti Donald Tramp Tehranı  "görünməmiş gücdə" hücumla hədələyib.

Postxronika.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb:

"İran bu gün çox güclü, indiyə qədərkindən daha güclü bir zərbə endirəcəyini bəyan edib. Bunu etməmələri daha yaxşı olar, çünki əgər etsələr, biz onlara indiyə qədər görünməmiş gücdə zərbə endirəcəyik", - deyə o qeyd edib.