"Mançester Yunayted" rəhbərliyi hazırda "Ştutqart" forması geyinən 20 yaşlı yarımmüdafiəçi Çema Andresin çıxışından xeyli təsirlənib. Lakin ötən yay futbolçunu Almaniya təmsilçisinə transfer edən "Real" "qırmızı şeytanlar"ın bu keçidi reallaşdırmasına əngəl yarada bilər. Mütəxəssislər gənc istedadın oyun üslubunun Rodri və Serxio Buskets kimi tanınmış ulduzlara bənzədiyini vurğulayırlar.
Postxronika.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nun öz akademiya məzununu 11,4 milyon avro müqabilində geri almaq hüququ mövcuddur. İspaniya nəhənginin sözügedən müqavilə bəndini gələn ilin yayında aktivləşdirəcəyi istisna edilmir. Qeyd edək ki, "Transfermarkt" portalı cari mövsümdə 29 matçda dörd məhsuldar hərəkətlə yadda qalan və 2030-cu ilədək müqaviləsi olan Andresin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.