ABŞ-də keçirilən ''Producers Guild of America'' mükafat mərasimində media rəhbəri Barry Diller çıxışı ilə gündəmə gəlib. O, ''Milestone'' mükafatına layiq görülən prodüser Ceyson Blumu təqdim edərkən bir sıra qalmaqallı və istehzalı fikirlər səsləndirib. Diller həm David Ellison, həm də vaxtilə eyni mükafata layiq görülmüş Harvey UeinsteinLes Moonves barədə tənqidi ifadələr işlədib. O, həmçinin Blumun az büdcə ilə böyük uğur qazanmaq strategiyasını zarafatla “əsas xüsusiyyəti” adlandırıb.


Postxronika.az xəbər verir ki, xarici mediaya istinadən Diller prodüserin karyerasını yüksək qiymətləndirərək onun yaradıcı azadlığa üstünlük verməsini xüsusi vurğulayıb. Blumun rəhbərlik etdiyi ''Blumhouse Productions'' aşağı büdcəli qorxu filmləri ilə tanınır və ''Paranormal Activity'' kimi layihələrlə böyük kommersiya uğuru qazanıb. O, fəaliyyətə əvvəlcə ''Miramax'' studiyasında başlayıb, daha sonra müstəqil prodüser kimi çalışıb. Mükafatı qəbul edən Blum zarafatla bildirib ki, ən böyük nailiyyəti Dilleri mərasimə gətirmək olub.


Çıxışı zamanı prodüser süni intellekt mövzusuna da toxunaraq alqoritmlərin yaradıcı instinkti əvəz edə bilməyəcəyini deyib. O, prodüserlərin əsas rolunun risk etmək və qeyri-adi layihələrə şans vermək olduğunu vurğulayıb. Blumun sözlərinə görə, kino sənayesində uğur yalnız texnologiya ilə deyil, insanın intuisiyası və yaradıcılığı ilə müəyyən olunur. Bu açıqlamalar mərasimdə geniş maraq və alqışla qarşılanıb.