Məşhur aktyor Leonardo DiKaprio builki mükafat mərasimində iştirak edə bilməyəcək. Buna səbəb onun Avropada yeni film çəkilişlərində iştirak etməsidir. Aktyor hazırda rejissor Martin Skorsese ilə birlikdə ''What Happens at Night'' adlı ekran işi üzərində çalışır. Filmdə onun tərəf müqabili Cennifer Lourens olacaq. Layihə Avropaya uşaq övladlığa götürmək üçün səfər edən və sirli oteldə qəribə hadisələrlə üzləşən cütlükdən bəhs edir.


Tomas Anderson imzalı ''One Battle After Another'' filmindəki roluna görə iki nominasiyada mübarizə aparır. Ən yaxşı kişi aktyor kateqoriyasında onun rəqibləri arasında Timoti Şalame, İtan Houk, Maykl B. Cordan Cessi Plemons yer alır. O, daha əvvəl ''The Revenant'' filmindəki performansına görə mükafat qazanmışdı.


Tədbir canlı olaraq ''Netflix'' platformasında yayımlanacaq. Mərasim Shrine Auditorium & Expo Hall məkanında keçiriləcək və aparıcılığını Kristen Bell edəcək. Bu il aktyorun iştirak etməməsinə baxmayaraq, onun namizədliyi mərasimin diqqət çəkən məqamlarından biri hesab olunur.