Tehran Körfəz regionundakı ərəb dövlətlərindən onların ərazisində fəaliyyət göstərən Birləşmiş Ştatlara məxsus hərbi bazaların dərhal bağlanmasını tələb edib. İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə CNN telekanalına müsahibəsində bildirib ki, həmin obyektlər ləğv edilməsə, legitim hədəf olacaq. O, ölkəsinin okeanın o tayına birbaşa çata bilmədiyi üçün qonşuluqdakı Amerika mövqelərinə zərbə endirməkdən başqa seçiminin qalmadığını vurğulayıb.

Postxronika.az xəbər verir ki, diplomat Donald Trampın ölkənin ali rəhbəri Əli Xameneyinin ölümü ilə nəticələnən hücumla çox təhlükəli qırmızı xətti keçdiyini diqqətə çatdırıb. Nazir müavini bu ağır itkiyə həm bölgədə, həm də dünyada yaşayan çoxsaylı şiə tərəfdarlarının sərt reaksiya verəcəyini qeyd edib. Xətibzadə region dövlətlərini Vaşinqtonun təhdid yaradan infrastrukturunu bağlamağa çağıraraq, əks təqdirdə qisas əməliyyatlarının qaçılmaz olacağını bəyan edib.