Central Intelligence Agency(CİA)  aylarla İranın Ali Lideri Ayətullah Əli Xameneinin hərəkətlərini izlədikdən sonra İsrailə onun yerini tapmağa kömək edib.

Postxronika.az bu barədə "NYT"yə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı onun şənbə günü Tehranda hökumət binasında keçiriləcək İranın yüksək vəzifəli rəsmilərinin görüşündə iştirak edəcəyini aşkar edib.

Məlumata görə, ABŞ və İsrail planlaşdırılan hücumun vaxtını toplantıya yönəltmək üçün tənzimləyiblər. İsrail təyyarələri dəqiq uzaqmənzilli silahlardan istifadə edərək hücuma başlayıb və nəticədə Xamenei və bir neçə yüksək vəzifəli hərbi və təhlükəsizlik məmuru həlak olub.