ABŞ-nin tanınmış siyasətçisi Kamala Harris Yaxın Şərqdəki mövcud gərginliklə bağlı Donald Trampı sərt tənqid edib. O bildirib ki, yaranmış müharibə heç kimə lazım deyildi və ölkəsi üçün əsas təhlükə mənbəyi məhz bu şəxsdir. Harris rəqibini sülh vədləri pərdəsi altında hər yeri dağıtmaqda, eləcə də Amerika əsgərlərini və vətəndaşlarını oda atmaqda günahlandırıb.

Postxronika.az xəbər verir ki, siyasətçi ABŞ hərbçilərinin hazırda Yaxın Şərqdə raket hədəfinə çevrildiyini vurğulayıb. O, regiondakı xaosun qarşısını almaq və vəziyyətdən çıxış yolu tapmaq üçün ilk növbədə Trampın fəaliyyətinin dayandırılmasının mütləq olduğunu qeyd edib.