İraqın şimalındakı Ərbil beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-nin hərbi bazasında güclü partlayış qeydə alınıb.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidə yanğın başlayıb. Məlumata görə, partlayışın səbəbi hələlik tam dəqiqləşdirilməyib, lakin hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və təhlükəsizlik qüvvələri cəlb olunub.
Hadisə ilə bağlı hər hansı tələfat və ya xəsarət alan barədə rəsmi məlumat verilməyib.