İran dövlət mediasının yaydığı məlumata görə, ABŞ və İsrailin Tehrana endirdiyi birgə hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri həlak olublar.

Postxronika.az xəbər verir ki, həyatını itirənlər arasında İran Silahlı Qüvvələri Baş Qərargahının Logistika və Təchizat üzrə müavini, briqada generalı Möhsən Dərrebəği, İran Polis Kəşfiyyat Mərkəzinin rəhbəri, briqada generalı Qolam Rza Rəzayan və Baş Qərargahın Planlaşdırma və Əməliyyatlar İdarəsinin rəisi, briqada generalı Bəhram Hüseyni Mütləq var.

​Məlumatda hücumların paytaxtın mərkəzi nöqtələrini hədəf aldığı və rəsmi Tehranın buna cavab olaraq hərbi hazırlıq səviyyəsini maksimuma qaldırdığı vurğulanır. Hadisə ilə bağlı hələlik qarşı tərəfdən rəsmi açıqlama verilməyib.