İranın Müvəqqəti Ali Rəhbərlik Şurasının üzvü Ayətullah Əlirza Ərafinin "X" sosial şəbəkəsindəki profili platforma qaydalarını pozduğu üçün fəaliyyətini dayandırıb. Sosial şəbəkə administrasiyası bu addımı rəsmi şəxsin hesabında yer alan zorakı çıxışlar və təhdid xarakterli bəyanatlarla əsaslandırıb.
Postxronika.az xəbər verir ki, hesab bloklanmadan əvvəl din xadimi Xameneinin öldürülməsinə görə qisas alacağına dair and içib. Bu cür radikal çağırışlar platformanın təhlükəsizlik siyasətinin ciddi şəkildə pozulması kimi qiymətləndirilib.