İranın intensiv cavab zərbələrini davam etdirəcəyi təqdirdə, ABŞ, İsrail və Körfəz ölkələrinin raket-əleyhinə müdafiə arsenalı bir neçə gün ərzində kritik həddə çata bilər.
Postxronika.az Bloomberg-in məlumatına istinadla xəbər verir ki, əsas problem raket tutan (interceptor) sursatların məhdud həcmdə olmasıdır. İranın PUA və qanadlı raketlərinə qarşı effektiv müdafiə üçün hər hədəfə 2-3 raketin buraxılması sursat sərfiyyatını sürətləndirir. Ekspertlər münaqişənin davamlı ehtiyat və sənaye gücündən asılı olaraq "sursat müharibəsi"nə çevrilə biləcəyini vurğulayırlar.