Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.
Postxronika.az xəbər verir ki, Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyin edilib.
O, "X" sosial şəbəkə üzərindən "Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!", - deyə paylaşım edib.
Norman həmçinin Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərin əsasları üzərində irəliləməyi və ortaq prioritetlər üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.