"Fənərbaxça" klubu "Antalyaspor" matçında zədələnən Nelson Semedonun sol diz bağında zədə olduğunu açıqladı.

Postxronika.az xəbər verir ki, Sarı-göy klubun açıqlamasında deyilir: "Komandamızın oyunçusu Nelson Semedo aldığı zədədən sonra Ataşehir Medicana Xəstəxanasında müayinəsindən keçdi. Müayinə nəticəsində sol diz bağında yara aşkar edildi və müalicəyə başlanıldı".

Semedonun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.