Rusiya, Amerika Birləşmiş Ştatları və Ukrayna nümayəndələri arasında üçtərəfli dialoqun yeni mərhələsinin Türkiyənin İstanbul şəhərində təşkil ediləcəyi ehtimal olunur.

Postxronika.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Yaxın Şərq regionunda getdikcə kəskinləşən mövcud gərginlik səbəbindən müzakirələrin Əbu-Dabidə keçirilməsi variantı artıq real görünmür. Məhz bu qeyri-sabit vəziyyət tərəfləri görüş üçün alternativ məkan kimi İstanbula üstünlük verməyə sövq edir.