ABŞ Silahlı Qüvvələri İrana qarşı icra etdiyi genişmiqyaslı hücumlar çərçivəsində rəsmi Tehranın raket, eləcə də kəşfiyyat sistemlərini hədəfə alaraq fəaliyyətsiz hala gətirib.
Postxronika.az xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn məlumat yayıb. Onun sözlərinə görə, təxminən 57 saatdır davam edən və Mərkəzi Komandanlıq (CENTCOM) tərəfindən idarə olunan hərbi kampaniya rəqibin komandanlıq, dəniz donanması və ballistik raket mərkəzlərinin məhvinə yönəlib. Həmçinin, kosmik və kiber zərbələr vasitəsilə qarşı tərəfin sensor şəbəkələri pozulub, vəziyyəti qiymətləndirmək, eləcə də koordinasiyalı cavab vermək imkanları kəskin şəkildə məhdudlaşdırılıb. General əlavə edib ki, həyata keçirilən bu sürətli və dəqiq həmlələr sayəsində Amerika qoşunları münaqişə zonasında hava üstünlüyünü tam təmin edə bilib.