Mövcud gərginlik fonunda İranda kütləvi miqrasiya halları müşahidə olunmağa başlayıb. Artıq yüzlərlə İran vətəndaşı qonşu Türkiyə ilə dövlət sərhədini keçərək öz ölkələrini tərk edib.

Postxronika.az xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq informasiya agentliyi məlumat yayıb. Nəşrə müsahibə verən mühacirlərdən biri paytaxt Tehranda böyük panika və xaosun hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, əhalinin kütləvi şəkildə hərəkətə keçməsi nəticəsində şəhərdəki yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.