"Qalatasaray"ın sabah "Alanyaspor" ilə Ziraat Türkiyə Kuboku A qrupunun dördüncü və son oyunu üçün heyəti açıqlanıb.

Postxronika.az xəbər verir ki, "Sarı-qırmızı" klubun açıqlamasına görə,  Uğurcan Çakır, Davinson Sançez, Əbdülkərim Bardakçı, Viktor Osimhen və Mario Lemina, eləcə də kiçik ağrıları olan və riskə atılması istənməyən Roland Sallai, Yunus Akgün və Mauro İkardi heyətə daxil edilməyib.