Rusiya Baş nazirinin müavini Aleksey Overçuk rəsmi Bakıya nümayiş etdirdiyi xeyirxah mövqeyə və yardıma hazır olduğuna görə xüsusi minnətdarlığını ifadə edib. O, iki ölkə arasında humanitar xarakterli əməkdaşlığın qarşılıqlı anlaşma şəraitində davam etdiyini diqqətə çatdırıb.
Postxronika.az xəbər verir ki, Rusiya rəsmisi vətəndaşların tranziti ilə bağlı bəzi detalları açıqlayıb. O bildirib ki, artıq ötən gündən etibarən rusiyalılardan ibarət ilk qrup Azərbaycan-İran dövlət sərhədini keçməyə başlayıb. Hazırda təxminən 50 nəfər Rusiya vətəndaşının Azərbaycanda olduğunu vurğulayan Baş nazirin müavini əlavə edib ki, ümumilikdə 500-dən artıq şəxs tranzit səyahət üçün qeydiyyata alınıb.