ABŞ-nin vitse-prezidenti Vens ABŞ-nin yeni uzunmüddətli münaqişəyə qoşulmaq niyyətində olmadığını deyib.
PostXronika.az xəbər verir ki, bu barədə vitse-prezident "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Donald Trampın yeganə məqsədi İranın nüvə silahını əldə etməyinə mane olmaqdır.
"Prezident sadəcə özünün ikinci müddətinin ilk üç-dörd ili ərzində ölkəni İranın nüvə silahından qorumaq deyil, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə əmin olmaq istəyir", - Vens qeyd edib.
O əlavə edib ki, söhbət uzunmüddətli hərbi əməliyyatdan getmir.
"Donald Tramp heç bir halda ölkənin çoxillik münaqişəyə girməsinə icazə verməyəcək... Biz İraq və Əfqanıstanda yaşadığımız problemlərə sürüklənmək niyyətində deyilik", - ABŞ-nin vitse-prezidenti vurğulayıb.