Bloomberg: BƏƏ və Qətər Vaşinqtona “çıxış planı” üçün təzyiq göstərir.
Postxronika.az Bloomberg-in məlumatına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri və Qətər müttəfiqləri vasitəsilə ABŞ-yə qeyri-rəsmi kanallarla təsir göstərməyə çalışır.
Nəşrin iddiasına əsasən, məqsəd Donald Trampı müharibənin qısamüddətli olması və əməliyyatın “çıxış planı”nın hazırlanması istiqamətində addım atmağa inandırmaqdır.
Bildirilir ki, hər iki ölkə regional tərəfdaşlardan ibarət koalisiya formalaşdırmağa çalışır. Məqsəd münaqişənin diplomatik vasitələrlə tezliklə başa çatdırılması, regionda eskalasiyanın və enerji bazarlarındakı sarsıntıların azaldılmasıdır.