ABŞ İranla davam edən münaqişə fonunda hava hücumundan müdafiə sistemlərinin və digər hərbi aktivlərin Cənubi Koreyadan Yaxın Şərqə köçürülməsini planlayır.
Postxronika.az "The Chosun Daily"ə əsasən xəbər verir ki, Bura MIM-104 "Patriot" zenit-raket batareyaları və "THAAD" sistemləri, eləcə də ABŞ-ın Koreyadakı Qüvvələrinin (USFK) Kunsan aviabazasında daimi dislokasiya olunmuş MQ-9 "Reaper" kimi vasitələri daxildir.
Mənbələr həmçinin Şimali Qyonqsanq əyalətinin Sonqju bölgəsindəki "THAAD" batareyasının və onun raketlərinin də Yaxın Şərqə yerləşdirilə biləcəyinə inanırlar.