ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İranın heç bir hərbi gəmisinin qalmadığını açıqlayıb.

Postxronika.az xəbər verir ki, qurum bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, iki gün əvvəl bölgədə İranın 11 gəmisi qeydə alınmışdısa, hazırda bu rəqəm sıfıra enib. 

Bildirilib ki, ABŞ qüvvələri beynəlxalq gəmiçiliyin təhlükəsizliyini və azadlığını qorumaqda davam edəcək.