Hörmüz boğazının bağlanmasından sonra Avropada qaz qiymətləri bir gündə 48% artıb.
Postxronika.az xəbər verir ki, Qlobal LNG(mayeləşdirilən təbii qaz) ixracatının təxminən 20%-i bu boğazdan keçir. Dünyanın ən böyük LNG ixracatçılarından olan Qətər, LNG ixracatının demək olar ki, hamısını Hörmüz boğazından beynəlxalq alıcılara göndərir.
Holland Title Transfer Facility (TTF) birjasında aprel fyuçersləri 27 fevralda meqavat-saat üçün 31,95 avrodan gün ərzində meqavat-saat üçün 47,2 avro (55,2 dollar) səviyyəsində yüksəldi. Bu, gün ərzində 48%-ə qədər artım deməkdir.
Qeyd edək ki, Qatar Energy, İran hücumları səbəbindən LNG istehsalını dayandıracağını açıqlayıb. bu da qlobal LNG təchizatı ilə bağlı narahatlıqları artırır. Nəticədə, qiymətlərə daha çox təzyiq göstərilcəyi gözlənilir.