Türkiyə XİN: "Qonşu ölkələrin  İrana qarşı qisas tədbirləri gördüyünə dair iddialar var"

Postxronika.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi ölkələrinin İrana qarşı mümkün qisas tədbirləri barədə məlumatlar olduğunu bildirib. 

"Bu, rəsmi olaraq açıqlanmayıb, ancaq belə iddialar mövcuddur. Biz də onları eşitmişik. Bunun doğru olması olduqca mümkündür", - deyə, nazir vurğulayıb.

O, bildirib ki, hazırda İran ictimaiyyəti arasında rejim dəyişikliyinə səbəb ola biləcək etiraz əlamətləri yoxdur.

Onun sözlərinə görə, İran Fars körfəzindəki enerji infrastrukturuna hücum edərək ziyan vurmağa çalışır: "Tehran ümid edə bilər ki, bu obyektlərə zərbə endirməklə digər ölkələr ABŞ-a müharibəni dayandırmaq üçün təzyiq göstərəcəklər - ancaq bu, ehtimal ki, mümkün deyil”. 

Fidan həmçinin bildirib ki, İran hazırda vətəndaşlarının sərhədi keçməsinə icazə vermir: "Buna görə də hazırda İrandan bizə heç kim gəlmir”.