Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda növbəti vətəndaş qəbulu və daxili işlər orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar martın 5-dək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi və ya elektron xidmət portalı vasitəsilə müraciət etməlidirlər.
Eyni zamanda, polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən namizədlər üçün sıra baxışı martın 6-da saat 08:00-da Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq. Qəbula və sıra baxışına gələn namizədlərdən şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.