“Scream 7” filminin ulduzlarından olan Anna Kemp sosial şəbəkədə paylaşdığı və boykotu məsxərəyə qoyan açıqlamaya görə üzr istəyib. Aktrisa əvvəlcə başqa bir hesabın “Boykot işləmədi, tənqidçilərin nifrəti nəticə vermədi, sızdırmalar faydasız oldu. Uğuru təmin edən tamaşaçı oldu” məzmunlu paylaşımını yenidən yayımlamışdı.


Postxronika.az xəbər verir ki, o, daha sonra paylaşımı silərək ''X'' platformasında bunun şəxsi mövqeyini əks etdirmədiyini bildirib və incidilən hər kəsdən üzr istəyib. Qalmaqal 2023-cü ildə franşizadan uzaqlaşdırılan Melissa Barrera ilə bağlı yaranmış etirazlarla əlaqədardır. Aktrisanın İsrail–HƏMAS münaqişəsi ilə bağlı paylaşımlarını istehsalçı şirkət ''Spyglass Media Group'' antisemitizm kimi qiymətləndirmişdi. Bundan sonra Cenna Orteqa və rejissor Kristofer Lendon layihədən ayrılmışdı. Film yenidən formalaşdırılaraq rejissor kürsüsünə Kevin Uilliamson gətirilib, franşizanın siması Neve Kampbell isə geri dönüb. Premyera zamanı studiya qarşısında azsaylı Fələstin tərəfdarı etirazçılar toplaşıb.