Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib. 

Postxronika.az xəbər verir ki, hazırlıq prosesində ölkəmizi 12-si kişi, 7-si qadın olmaqla, ümumilikdə 19 cüdoçu təmsil edir. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və qadın yığmasının baş məşqçisi Amina Abdellatif rəhbərlik edir. 

Ümumilikdə 13 ölkənin qatıldığı beynəlxalq təlim düşərgəsi martın 6-da yekunlaşacaq.