İranın Ekspertlər Şurasının binası raket hücumu nəticəsində dağıdılıb
Postxronika.az İranın Tasnim xəbər agentliyinin məlumatına istinadla xəbər verir ki, İranın Ali Liderinin seçilməsindən məsul olan Qumdakı Ekspertlər Şurasının (Xobreqan) ofisi İsrail və ABŞ-nin raket hücumuna məruz qalıb.
İlkin məlumatlara görə, bina demək olar ki, tamamilə dağılıb və hücumun nəticələrinin videoları sosial mediada geniş yayılıb.