İranın Ekspertlər Məclisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ciddi təzyiqi nəticəsində növbəti Ali Rəhbərin kimliyinə aydınlıq gətirib. Məlumata görə, ölkənin hazırkı dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei bu ali posta seçilib.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı "İran İnternational" nəşrinə danışan etibarlı mənbələr təsdiqləyib. Bildirilir ki, idarəetmənin varisə ötürülməsi ilə bağlı sözügedən qərarın qəbul edilməsində hərbi elitanın birbaşa müdaxiləsi həlledici rol oynayıb.