​Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, martın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 11,9 kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkar olunaraq götürülüb.

​Əməliyyat zamanı həmçinin 501 ədəd güclü təsiredici xassəyə malik metadon həbi dövriyyədən çıxarılıb. Daxili işlər orqanları tərəfindən bu istiqamətdə qətiyyətli mübarizə və əməliyyat-axtarış tədbirləri fasiləsiz olaraq davam etdirilir.