ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merts ilə keçirdiyi görüş zamanı İrana qarşı hərbi əməliyyatın İsrailin müdaxiləsi olmadan, müstəqil şəkildə qərara alındığını vurğulayıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısı Tehranla aparılan danışıqlara əsaslanaraq bu addımı atdıqlarını və heç bir tərəfin onu buna məcbur etmədiyini bildirib.

Ağ Ev rəhbəri İran rejiminin hava hücumundan müdafiə və müşahidə sistemlərinin tamamilə sıradan çıxdığını deyərək ölkənin ağır itkilərlə üzləşəcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, o, mülki əhalini təhlükəsizlik məqsədilə kütləvi etirazlardan çəkinməyə çağırıb. Digər tərəfdən, Tramp hərbi bazalarını istifadəyə verməyən İspaniya ilə bütün ticari əlaqələrin kəsildiyini elan edib. Madridin müdafiə xərclərini artırmaması və əməkdaşlıqdan imtinası bu kəskin qərarın əsas səbəbi kimi göstərilib.