Prezident İlham Əliyev Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.
Postxronika.az bu barədə President.az-a istinadla xəbər verir.
Sərəncama əsasən, adları "Qızıl kitab"a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.