Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son zamanlar artan onlayn fırıldaqçılıq halları ilə bağlı vətəndaşlara müraciət edib.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə sürücülərə cərimə borcu barədə saxta SMS bildirişlər göndərilərək onların bank məlumatlarının ələ keçirilməsinə cəhd göstərilir.
Müraciətdə qeyd olunur ki, xüsusilə "asanpayex.cc/az" kimi saxta internet ünvanlarının dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan bu növ səhifələrə etibar etməmək, şəxsi və bank kartı məlumatlarını həmin platformalarda paylaşmamaq xahiş olunur. İdarə bir daha xatırladır ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır.