İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "Əsl Vəd 4" hərbi əməliyyatı çərçivəsində İsrail və Amerika hədəflərinə qarşı on doqquzuncu hücum dalğasını başlatdığını elan edib. Rəsmi qurumdan bildirilib ki, həmin mövqelərə zərbələr çoxsaylı pilotsuz uçuş aparatları, eləcə də ballistik raketlər vasitəsilə həyata keçirilir.
Postxronika.az xəbər verir ki, İran mediası artıq Təl-Əviv səmasında uçan silahların kadrlarını ictimaiyyətə təqdim edib. Təhlükə ilə əlaqədar olaraq şəhərdə və ətraf yaşayış məntəqələrində xəbərdarlıq siqnalları fasiləsiz işə düşüb. Bunun ardınca yerli mətbuat bölgədə olduqca şiddətli partlayışların qeydə alındığını təsdiqləyib.