Ağ Ev administrasiyası "X" sosial media platformasında İrana qarşı həyata keçirilən zərbələrin toplusunu əks etdirən qeyri-adi bir video yayımlayıb. Təqdim olunan materialda məşhur "Call of Duty" video oyununun səhnələrindən istifadə olunması xüsusi diqqət çəkib.

Postxronika.az xəbər verir ki, vizual material oyun personajının planşet vasitəsilə hücum koordinatlarını daxil etdiyi virtual kadrlarla başlayır. Bunun ardınca həmin animasiya kəskin keçidlə real döyüş meydanında İran hədəflərinin vurulma anlarını nümayiş etdirən videogörüntülərə çevrilir.