Küveyt yaxınlığında Böyük Britaniyaya məxsus neft daşıyan gəmidə güclü partlayış qeydə alınıb. Gözlənilməz qəza nəticəsində ətraf sular üçün ciddi təhlükə yaranıb.
Postxronika.az xəbər verir ki, infilaqdan dərhal sonra həmin su nəqliyyat vasitəsindən dənizə irihəcmli yanacaq axıntısı başlayıb. Hazırda sahilboyu ərazilərdə genişmiqyaslı ekoloji fəlakət riskinin qarşısını almaq məqsədilə vəziyyət nəzarətə götürülür.