ABŞ Senatı Donald Trampın İrana qarşı hərbi əməliyyat aparmaq imkanlarını məhdudlaşdırmaq təşəbbüsünü rədd edib. Tehran hədəflərinə endirilən son zərbələrdən sonra Demokrat partiyasının nümayəndələri administrasiyanı kəskin tənqid edərək, atılan addımların əsl məqsədləri barədə rəsmi izahat tələb ediblər.

Postxronika.az xəbər verir ki, qanunverici orqandakı ciddi narazılıqlara baxmayaraq, yuxarı palata prezidentin müstəqil qərarvermə hüququnu qüvvədə saxlayıb. Nəticə etibarilə, dövlət başçısının silahlı müdaxilə səlahiyyətlərinə qoyulması planlaşdırılan qadağa təklifi yetərli dəstək toplaya bilməyərək ləğv olundu.