İran Prezidenti Məsud Pezeşkian ölkəsinə yönəlik sərgilədiyi obyektiv mövqeyinə görə rəsmi Madridə xüsusi minnətdarlığını ifadə edib. Dövlət başçısı ABŞ və İsrailin koalisiya şəklində həyata keçirdiyi hərbi təcavüz, eləcə də kobud insan hüquqları pozuntuları qarşısında İspaniyanın məsuliyyətli davranış nümayiş etdirdiyini vurğulayıb.
Postxronika.az xəbər verir ki, İran lideri belə bir ədalətli yanaşmanın Qərb aləmində etik dəyərlərin hələ də qorunub saxlanıldığını sübut etdiyini bildirib. O, çıxışının sonunda nümayiş etdirdikləri bu qətiyyətli duruşa görə İspaniya rəsmilərinə öz təşəkkürünü çatdırıb.