Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları İranda yeni ali liderin müəyyənləşməsi prosesini yaxından izləyir. Ağ Evin mətbuat katibi Kerolin Livit keçirdiyi müntəzəm brifinqdə bildirib ki, məsələ ilə bağlı yekun qənaətə gəlmək üçün hələ tezdir.

Postxronika.az xəbər verir ki, rəsmi nümayəndə mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin dövlətin idarəçiliyinə gətirilməsi barədə mediada yayılan xəbərlərə münasibət bildirib. O, kəşfiyyat qurumlarının bu mövzunu dərindən araşdırdığını vurğulayaraq, hadisələrin necə cərəyan edəcəyini görmək üçün sadəcə gözləməyin vacibliyini diqqətə çatdırıb.