İran silahlı qüvvələri İsrailin Baş naziri Binyamin Netanyahunun ofislərindən birinə raket zərbəsi endirib. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının müşaviri Həmidrza Müqəddəmfər bu barədə xarici mediaya müsahibəsində rəsmi məlumat yayıb. Yüksək rütbəli hərbçinin sözlərinə görə, son günlər ərzində qarşı tərəfin ordusunun Baş Qərargah binası da üç dəfə ardıcıl hücuma məruz qalıb.

Postxronika.az xəbər verir ki, hökumət rəhbərinin iş qərargahına edilən hədəfli atəş nəticəsində ciddi itkilər qeydə alınıb. Belə ki, inzibati binaya endirilən qəfil zərbə anında Netanyahunun aparatında çalışan bir neçə rəhbər əməkdaş həyatını itirib.