Müharibənin ilk iki günündə təxminən 100.000 insan Tehranı tərk edib.
Postxronika.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi İran hakimiyyətinə istinadən bildirib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloçun sözlərinə görə, hər gün paytaxtdan 1000-2000 arasında nəqliyyat vasitəsi çıxır və əsasən şimala doğru gedirdi.
O, son hesabatların son münaqişə ilə bağlı sərhədyanı hərəkətlərin artdığını göstərmədiyini, ancaq vəziyyətin qeyri-sabit olduğunu söyləyib.