Quba sakini Cəmil Əliyev ölkənin idman tarixində yeni statistik rekorda imza atıb.

Postxronika.az Azərbaycan Üzgüçülük Federasiyasına istinadla xəbər verir ki,  vətəndaşın müraciəti əsasında təşkil olunan xüsusi sınaq zamanı o, müvafiq qaydalara uyğun şəkildə tam 10 saat fasiləsiz üzüb.

​Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilən bu nailiyyət rəsmi qeydiyyata alınıb. İdman Günü ərəfəsində Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Cəmil Əliyevə xüsusi sertifikat təqdim olunub.